Çayların daşması, sel sularının törətdiyi fəlakətlər və ümumiyyətlə, təbiətin şıltaqlığı insanların yaşamını əngəlləyən problemlərdən ən başlıcasıdır, desək yəqin ki, yanılmarıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, təbii fəlakətlərlə baş başa qalmasın. Bir ölkə quraqlıqdan, digəri zəlzələlərdən, o birisi vulkan püskürməsindən, başqa birisi sunamidən, növbəti ölkə isə sel sularından zərər görür. Yaponlar zəlzələyə davamlı evlər inşa edirlər ki, təbii fəlakət zamanı az itki versin, quraqlıqdan əziyyət çəkən afrikalılar su və ərzaq ehtiyatı toplamaqla sabaha ümidlərini artırırlar, Cənubi və Mərkəzi Amerika, Cənub-şərqi Asiya və Avropa olkələri isə təbiətin ən qiymətli neməti olan suyun bolluğundan - sel sularından, daşqın və sunamidən artıq cana doyublar.
Bəs bunun əlacı nədədir? SİA bəzi fotoları nümayiş etdirməklə təbii hadisələrdən kimin necə qorunduğunu dəyərli istifadəçilərinə çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB