Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 33-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza gəlincə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur güclü isti diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB