Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektorunun məhkəməsi başlayıb

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektorunun məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənovun məhkəməsi başlayıb.

SİA-nın məlumatına görə, təqsirləndirilən şəxslər Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulublar.

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru, prorektoru və mühasibi abituriyentləri ali məktəbə qanunsuz qəbul etdirməkdə təqsirləndirilirlər.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən dəstənin məhkəməsi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilir.

İttihamda cinayət işi üzrə 61 nəfər zərərçəkmiş var.

Bütün xəbərlər Facebook səhifəmizdə