Ermənistanın Xüsusi Xidmət orqanlarının Tovuzun 13 yaşlı sakininə qarşı həyata keçirdiyi terror aktı Türkiyə mediasının diqqətindən kənarda qalmayıb. SİA-nın xəbərinə görə, Türkiyənin Haber-7 kanalı və İnternet saytı bu barədə xəbərə geniş yer verib. Xəbərdə qeyd olunur ki, 13 yaşlı Aygün Şahmalıyeva oyuncaq hesab elədiyi əşyanı evə gətirib. Onunla oynayarkən oyuncağın içindəki bomba partlayıb və azyaşlı qız həlak olub. Eyni zamanda Azərbaycan televiziyalarının hadisə ilə bağlı yaymladıqları kadrlar da yerləşdirilib. (http://www.haber7.com/haber/20110715/Oyuncaga-bomba-koydular-1-cocuk-oldu.php)
Bundan əlavə Türkiyənin "Cihan" İnformasiya agentliyində isə "Ermənilərdən Azərbaycan uşağına oyuncaq tələsi" başlıqlı yazıda hadisə haqqında geniş məqalə yazılıb.
Eyni zamanda Türkiyənin "STAR" qəzeti də Ermənistanın Xüsusi Xidmət orqanlarının Tovuzun 13 yaşlı sakininə qarşı həyata keçirdiyi terror aktı barədə məlumat yerləşdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB