“Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır”
"NUR" Uşaq və Gənclər İctimai Birliyi 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyən bəyanat yayıb.
Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır.
Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır. Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur. Dünya birliyi Erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir.
SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Mart ayında erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilmiş 9 yaşlı Azərbaycan sakini Fariz Bədəlovdan sonra daha bir uşaq ölümü faktı qeydə alınmışdır. 13 yaşlı Aygün Şahmalıyeva ermənilərin humanizm və mənəviyyatə əks siyasətinin növbəti qurbanına çevrilmişdir. Partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdığı oyuncağı evə gətirib. Həmin oyuncaq evdə partlayıb. Nəticədə Aygün hadisə yerində keçinib.
Uşaqlar günahsız, həssas və böyüklərdən asılıdırlar. Hər bir uşaq sevinc və sülh içində yaşayaraq, böyüməli və bilik almalıdır. Aygün Şahmalıyeva, 13 yaşlı azərbaycanlı qız öz hüquqlarından məhrum olmuşdur.
21 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş, dünyada insan hüquqları üzrə ən geniş ratifikasiya olunan beynəlxalq saziş sayılan BMT-nin "Uşaq Hüquqları Konvensiyası" nın 6-cı maddəsində əks olunmuşdur ki, "hər bir uşaq yaşamaq hüququna malikdir. Dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur".
Konvensiyada həmçinin əks olunmuşdur ki, uşaqların zəruri ehtiyacları və təhlükəsizlikləri müharibə zamanı zorakılıq hökm sürən yerlərdə belə təmin edilməli və qorunmalıdır.
Unutmayın ki, siz uşaqlara "Uşaq hüquqları Konvensiyası"nın mümkün ratifikasiyası və icrasının təmin edilməsinin təbliği üzərində işləməyi vəd etmisiniz. Uşaqlara sağlam, təhlükəsiz və sülh içində həyat bəxş etmək üçün onları mübaribə dəhşətlərindən qorumağı, gələcəkdə silahlı münaqişələrin baş verməsinin qarşısını almağı vəd etmisiniz!
Bizim səbrimiz artıq tükənibdir, çünki daha bir günahsız uşağın ölümü qəbuledilməzdir! Daha bir uşaq snayper və ya partlayıcı maddənin qurbanına çervilməmiş bu dayandırılmalıdır.
Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan daha bir uşaq bütün dünya ictimayəti üçün bir çağırışdır. Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur.
Biz müharibə, aqressiya və xarici işğalın qurbanlarına çevrilmiş Azərbaycanlı uşaqlar üçün ədalət istəyirik!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB