Müasir dövrdə bir çox sahələrdə sürətlə inkişaf edən ölkəmiz elm sahəsində də böyük bir uğura imza atıb. SİA-nın xəbərinə görə, azərbaycanın tanınmış sosioloqu, Tərəqqiyə Elmi Dəstək İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlunun uzun illər ərzində ərsəyə gətirdiyi Ahəngyol yeni elmi fəlsəfi konsepsiyası dünyanın çox nüfuzlu alimlərinin diqqətini cəlb etmiş və onların müzakirə obyektinə çevrilib. Bu fəlsəfi konsepsiyanı, yeni elmi sistemi zəmanəmizin nəhəng alimi Lütvizadə bəyənmiş və onu dövrün ən dəyərli elmi ideyalarının dünyanın aparıcı alimləri tərəfindən müzakirə olunduğu BİSC saytına çıxarıb. Bu xüsusi sayt müasir elmin ən yüksək zirvələrindən biri sayılır və Ahəngyolun burada müzakirəyə çıxarılması həm müəllifin, həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin böyük uğurudur. İlk dəfədir ki, Azərbaycan elmi bu qədər yüksək bir səviyyədə müzakirəyə çıxarılır.
Ahəngyol yeni elmi fəlsəfi konsepsiyası dünyanın vəhdətdə olduğu həqiqəti qəbul edərək, bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarlarını əsas tutaraq aparılmasını vacib sayır. Elmin bütün nailiyyətlərinə böyük önəm verməklə, onlardan yalnız ahəngə xidmət prinsipi ilə istifadəsini zəruri hesab edir. İstənilən sahədə idarəetmənin ən mühüm meyarının harmoniya(ahəng) olduğu fikrində olan müəllif, ahəng qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə böyük üstünlük verir. Ahəngyol yeni elmi fəlsəfi konsepsiyası şərq və qərb fəlsəfəsinin bir - birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb.
Yer üzünün böyük problemlərlə üz- üzə qaldığı, münaqişələr içində çırpındığı indiki vaxtda, eyni zamanda sülhyaratma imkanlarına malik olan Ahəngyol yeni elmi fəlsəfi konsepsiyası dövrün zəruri tələblərindən yaranıb.
İnanırıq ki, Ahəngyol yeni elmi fəlsəfi konsepsiyası Azərbaycan milli düşüncəsi və elmi fikri haqqında beynəlxalq aləmdə müsbət rəy yaratmaqla yanaşı, bəşəriyyətin xilası istiqamətində beynəlxalq elmi ictimaiyyət üçün mühüm elmi əsaslardan biri kimi tanınacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB