DAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyəti dayandırıldı

DAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyəti dayandırıldı

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia təşkilatın Nizamnaməsini əsas tutaraq, növbəti sərəncam imzalayıblar. DAK mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Konqres həmsədrlərinin sərəncamına əsasən, iki ildən artıq müddətdə DAK-ın Azərbaycan nümayəndəliyinin qeydiyyata alınması mümkün olmadığına görə bu qurumun fəaliyyəti dayandırılıb. Eyni zamanda həmin sərəncamla bu işə məsul təyin edilmiş DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri məsuliyyətindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə