Azərbaycanın Tacikistandakı səfirliyi ermənilərin uşaq qatili olması ilə bağlı məlumat yayıb

Azərbaycanın Tacikistandakı səfirliyi ermənilərin uşaq qatili olması ilə bağlı məlumat yayıb

Azərbaycanın Tacikistandakı səfirliyi Tovuz rayonunun Əlibəyli kəndində ermənilərin təxribatı nəticəsində baş vermiş faciə barədə məlumat toplusu yayıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, faciə nəticəsində 13 yaşlı Aygün Şahmalıyevanın həlak olmasından, onun anasının isə ağır yaralanmasından bəhs edən toplu Tacikistanın dövlət və hökumət orqanlarına, burada fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Yayılan topluda ermənilərin bundan əvvəl də Azərbaycan uşaqlarını hədəfə aldıqları bildirilib: "Bu il martın 8-də Ağdam rayonundakı Orta Qərvənd kəndində doqquz yaşlı Fariz Bədəlov erməni snayperinə tuş gəlib. İyulun 14-də isə içərisində partlayıcı qurğu yerləşdirilmiş uşaq oyuncağı Tovuz çayı ilə Azərbaycan tərəfə axıdılmış, nəticədə Sankt -Peterburqda yaşayan, Tovuz rayonuna qonaq gəlmiş Şahmalıyevlər ailəsinin 13 yaşlı övladı Aygün Şahmalıyeva həlak olub, onun anası Elnarə Şahmalıyeva isə ağır yaralanıb.

Məlumatda daha sonra vurğulanır ki, hələ də dünya ictimaiyyəti ermənilərin insanlığa sığmayan bu vəhşiliklərinə göz yumur. Ermənilər isə Azərbaycan uşaqlarını qətlə yetirməkdə davam edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə