Əli Abbasov: “Azərbaycanda İKT-nin ixrac potensialının inkişafı genişləndirilir”

Əli Abbasov: “Azərbaycanda İKT-nin ixrac potensialının inkişafı genişləndirilir”

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ixrac potensialının inkişafı genişləndirilir. SİA-nın məlumatına görə, bu sözləri Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir əlverişli ixrac rejimi adlı sənəd hazırlandığını və yaxın zamanlarda uyğun strukturlara göndəriləcəyini bildirib.

"Əsas məqsəd Azərbaycanda İKT ixracyönümlü məhsul və xidmət istehsalının stimullaşdırılması, gömrük xidmətlərinin sadələşdirilməsi və əlverişli kredit sisteminin tətbiqidir" - deyə, o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə