Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi ilə yanaşı, əhalinin hüquqi maarifləndirilməsi də mühüm yer tutur.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ombudsman təsisatın yarandığı ilk dövrdən bu işə önəm vermiş, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə ölkəmizin paytaxtında və bölgələrində müntəzəm olaraq silsilə tədbirlər, seminarlar keçirilmiş, vətəndaşlara hüquqları izah edilmiş və mühüm nəticələr əldə olunub.

Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri də bu istiqamətdə geniş iş aparır.

Bu günlərdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Şəmkir rayonunun Qılıncbəyli kənd bələdiyyəsində bələdiyyə üzvlərinin, kənd icra nümayəndəliyinin və əhalinin iştirakı ilə "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə nəzərdə tutulmuş insan hüquqları" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçiriblər.

Tədbir iştirakçılarına Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ehtiva olunmuş əsas insan hüquq və azadlıqları barədə ətraflı məlumat verilib. Müxtəlif

ölkələrin konstitusiyaları üçün nümunə olan bu bəyannamənin mühüm sənəd kimi, dünyanın bir çox dillərinə tərcümə edildiyi diqqətə çatdırılıb.

Mərkəzin nümayəndələri eyni zamanda iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə digər müvafiq konvensiyaların və milli qanunvericiliyin əsas müddəaları, Ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə məlumat vermiş, sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə