Vaqif Əsədov: “İlin sonuna qədər paytaxtda 1200 kameranın quraşdırılması planlaşdırılır”
Bakıda 389 yol ayrıcında 1108 kamera quraşdırılıb. Bu sözləri SİA-ya açqılamasında Bakı şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin "Təmiz şəhər" layihəsinə görə bu ilin sonuna qədər Bakının müxtəlif yerlərində 1200 kameranın quraşdırılması planlaşdırılır: "Bu layihənin həyata keçirilməsi üçün nazirlik 10 milyon manat ayırıb. Sistemin möhkəmlənməsi və təhlükəsizliyin tam təmin olunması üçünsə Prezidentin Ehtiyat Fondundan daha 6 milyon manat vəsait ayırlııb. Quraşdırılan kameraların çox üstün cəhətləri var. Bəzən yol polisi və sürücü arasında mübahisə düşən zaman kameralar vasitəsi ilə məsələyə aydınlıq gətirlir. Eyni zamanda qeydə alınan yol qəzalarının açılmasında bu kameraların köməyindən istifadə etmək mümkündür".
V. Əsədov eyni zamanda bildirib ki, quraşdırılan kameralar tək yol qəzalarının baş vermə səbəblərinə aydınlıq gətirmək üçün istifadıə edilmir: "Bu kameralar əsasən Bakıdakı binalarda və küçələrdə, insanların sıx olduğu ərazilərdə quraşdırılır. Məqsəd isə həmin ərazilərdə baş verə biləcək cinayət hadisələrinin istintaqı zamanı cinayətkarların tapılmasına yardım etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB