Ukraynanın keçmiş Baş naziri, "Batkivşina" müxalifət partiyasının lideri Yuliya Timoşenko növbəti dəfə məhkəmə zalından çıxarılıb. SİA-nın məlumatına görə, bu qərar müttəhimin yenə hakimin qarşısında ayağa qalxmaqdan imtina etməsindən və ona "möhtərəm hakim" deyə müraciət etməməsindən sonra baş verib.
Hakim Kireyevlə növbəti "Ayağa qalxın! – Qalxmayacam!" tipli uzun mübahisədən sonra Timoşenko zaldan xaric edilib.
Məhkəmə iclası zamanı zalı Timoşenkonun silahdaşı olan deputat Qaregin Arutyunov da tərk etmək məcburiyyətində qalıb. Buna səbəb millət vəkilinin yüksək tonlu replikası olub.
Yuliya Timoşenko özü bəyan edib ki, hakimin qarşısında qalxmamaqla o öz etiraz etmək hüququndan istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB