Gənclər "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda da olublar

Gənclər "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda da olublar

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsi Lerik rayonunda da həyata keçirilib. Milli Məclisin üzvü Tahir Rzayevin rəhbərliyi ilə respublikamızın bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 50-dən çox gənc üzvü Lerik rayonuna səfər edib. Gənclər burada müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparır, diskusiyalar təşkil ediblər. "Yay məktəbi" layihəsi əsasında iyul ayının 11-dən 16-na kimi həyata keçirilən tədbirlər partiyanın gənc üzvlərinin istirahətini nümunəvi təmin etməklə bərabər, həm də onların intellktual səviyyələrinin artırılmasına, qabiliyyətlərinin üzə çıxarılmasına, dünya görüşlərinin formalaşmasına xidmət edir. Lerik rayonun ən səfalı güşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər səfərlərinin ilk günündə rayon mərkəzinə gedib, Ulu öndərimiz Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə tər çiçəklər qoyublar.

Sonra gənclər rayonun sosial iqtisadi həyatı, son illər burada həyata keçirilən işlərlə tanış olub, yerli gənclərə görüşüb fikir mübadiləsi aparıblar. Ümummilli liderimiz Heydr Əliyevin adını daşıyan mərkəzlə tanışlıq, uzunömürlülər və tarix diyarşünaslıq muzeylərindəki fotostentlər tarixi əşyalar, məişət nümunələri gənclərdə xoş təsurat oyadıb.

Gənclər, həmçinin, "Azərbaycan qlobal məkanda", "Gənclik və Liderlik", "Azərbaycan dünən, bu gün və sabah: Heydər Əliyev ideyaları əməli fəaliyyətdə" mövzularında məruzələri dinləyib, bu mövzu ətrafında geni müzakirələr aparıblar. Millət vəkili Tahir Rzayev mövzularla əlaqədar gənclərə ətraflı məlumat verib.

"İnternetdə sosial şəbəkə və gəncliyin baxışı" mövzusunda aparılan diskusiya, "Kim? Harada? Necə?" intelektual yarışı, müxtəlif idman növləri üzrə yarışlar, poeziya gecəsi, musiqi saatları gənclərdə xoş təəssürat və ruh yüksəkliyi yaradıb.

YAP-ın fəal gənclərindən Tahirə Axundovanın, Emin Yusifovun, Rəşad Əliyevin, Leyla Kərimovanın, Sevil Məmmədsalahovanın, Elxan Şiriyevin, Züleyxa Şiriyevin, Ülvü Məmmədovun, Selcan Novruzovanın, Nəsimi Məmmədzadənin, Elnarə Hüseynovanın, Taleh Məmmədovun, Natiq İsmayılovun, Rahil Şükürovun, Qail Qasımovun, Orxan Avazov, Pərviz Eyvazov, Ramin Alıyev və başqalarının çıxışları mövzuların müzakirəsi zamanı fəallıqları hər bir gəncə xoş təsir bağışlayıb.

Sonda gənclər rayonun görməli yerlərinə gedib, təbiət qoynunda olub, xatirə şəkilləri çəkdiriblər.


Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə