“Şamaxı-İsmayıllı ərazisində maksimum 9 bal deyil, 10 ballıq zəlzələ baş verə bilər”-AÇIQLAMA

“Şamaxı-İsmayıllı ərazisində maksimum 9 bal deyil, 10 ballıq zəlzələ baş verə bilər”-AÇIQLAMA

"Azərbaycanda yaranan gündən 10 ballıq zona mövcud olub, sadəcə onun qiymətini dəqiq təyin etməmişdik. Son dövrlərdəki araşdırmalar isə göstərdi ki, həmin yerlərdə maksimum 9 bal deyil, 10 ballıq zəlzələ baş verə bilər". Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanın ən aktiv seymsmatik zonası Şamaxı-İsmayıllı ərazisidir. Onun sözlərinə görə, digər bölgələrə baxanda həmin ərazidə həmişə aktivlik olub və olacaqdır. Şöbə müdiri vurğulayıb ki, Şamaxı, İsmayıllı zonası öz aktivliyi ilə səciyyələnir və orada yeraltı təkanlar digər ərazilərə nisbətən çox olur.

"Regionlar üzrə ən aktiv zona Şamaxı, İsamayıllı, Zaqatala, Balakən və Lənkaran zonası aktivliyi ilə seçilir. Ümumiyyətlə götürdükdə isə Azərbaycanın bütün əraziləri bu və ya digər dərəcədə seysmik təhlükəyə məruz qala bilər. Azərbaycanın hər tərəfi seysmik cəhətdən zəlzələrə məruz qala bilər. Güclü zəlzələlər hər yerdə deyil, xüsusən, Şamaxı, İsmayıllı, Gəncə, Talış zonasında və Xəzər dənizi ərazisində baş vermə ehtimalı daha böyükdür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə