İmran Abdullayev: “Qarpız, yemiş məhsulları üzrə normadan kənara çıxma halları müəyyən olunmayıb”-MÜNASİBƏT

İmran Abdullayev: “Qarpız, yemiş məhsulları üzrə normadan kənara çıxma halları müəyyən olunmayıb”-MÜNASİBƏT

"Müxtəlif gübrələrin tərkibində mikrobların, qalıq miqdarlarının təyin olunması prezidentin fərmanı ilə Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Xidməti tərəfindən həyata keçirilir. Bu nəzarət yerlərdə həyata keçirilməlidir. Amma eyni zamanda, həmin Dövlət Fitosanitar Xidmətinin və mərkəzin əməkdaşlar tərəfindən planlaşdırılmış şəkildə qarpız, yemiş, bostan bitkiləri və digər meyvə-tərəvəz məhsullarından nümunələr götürülür və müayinə olunur". Bu barədə SİA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, toksikoloji göstəricilərinə görə, 398 nümunənin içərisində həmin o qarpız və yemiş məhsulları da var.

İ.Abdullayev vurğulayıb ki, bu müddətdə qarpız, yemiş məhsulları üzrə normadan kənara çıxma halları müəyyən olunmasa da müayinə aparılır. Onun sözlərinə görə, əgər belə hallar aşkar olunursa, həmin məhsulların satışdan çıxarılması və məhv edilməsi haqqında qərarlar qəbul edilə bilər: "Bu mövsüm yeni başlayıb və çox az bir müddətdir ki, qarpız və yemiş məhsulları əraziyə gətirilir. Hələ ki neqativ hallar aşkar olunmayıb, amma aşkar olunarsa, buna qarşı hansısa tədbirlər həyata keçirə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə