\"\"Azəriqaz\" Bakı və Abşeronda smart qaz sayğaclarının quraşdırılmasına başlayıb. Bu proses mərhələli şəkildə bütün respublika ərazisini əhatə edəcək\". Məlumatı SİA-ya Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Qaz Təsərrüfatı İstismar Şöbəsinin rəis müavini Xəyyam Aydınov verib: "Azəriqaz\" 1 milyon 300 min abonenti smart qaz sayğacları ilə təmin etmək üçün bir sıra işlər görməlidir. Məsələn, qaz xətti yerin altı ilə gedirsə, orada smart qaz sayğaclarını quraşdırmaq mümkün deyil. Bunun üçün qaz xətləri yerin üzərinə çıxarılmalıdır. Eyni zamanda smart qaz sayğaclarının quraşdırılması xüsusi servis və termin tələb edir. Ona görə də smart qaz sayğaclarının quraşdırılması üçün xeyli vaxt lazımdır".
Rəis müavini 2013-cü ilin sonuna kimi Bakı və Abşeronda smart qaz sayğaclarının quraşdırılmasının yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib: "Artıq 70 min abonent yeni sayğacla təmin olunub. Bu layihə ilk dəfə Gəncədə həyata keçirilib və abonentlər tərəfindən müsbət qarşılanıb ".
X. Aydınov smart qaz sayğaclarının qaz ödənişində şəffaflığa təminat verdiyini də deyib: "Abonent özü qaz həcmini balansında olan vəsaitlə tənzimləyir. Sayğac qurulanda avtomatik olaraq balansa 1-2 manat kredit qoyulur. Balans bitənə 1-2 gün qalmış sayğac xəbərdarlıq edir. Balans yüklənmə aparılmadıqda qaz avtomatik dayanmır. Ancaq abonentə debitor borcu verilir".
Qeyd edək ki, sayğaclar pulsuz quraşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB