Lerikin qazsız kəndlərinə qaz çəkilir

Lerikin qazsız kəndlərinə qaz çəkilir
Əhalini qış aylarında fasiləsiz qazla təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb. Hazırda "Azəriqaz" İstehsalat Birliyi həmin tədbirlər planına əsasən respublika ərazisində təmir-bərpa, qazlaşdırma işləri aparır. Məlumatı SİA-ya "Azəriqaz" İstehsalat Birliyinin Qaz Təsərrüfatı İstismar Şöbəsinin rəis müavini Xəyyam Aydınov verib: "Hazırda Ağdaş rayonun ərazisində yerləşən qaz xətləri dəyişdirilir. Nasaz olan xətlər təmir olunur, lazım olan yerlərə yeni xətlər çəkilir. Tezliklə Qazax rayonu ərazisində də bu istiqamətdə tədbirlər görüləcək. Sumqayıt şəhərini Corat qəsəbəsinin yeni salınmış qəsəbələrində və Əhmədlidə də qazlaşma tədbirləri görülür. Tədbirlər planına əsasən tamamilə qazsız olan kəndlərin qazlaşdırılması istiqamətində də tədbirlər görülür. Hazırda Lerik rayonunun qazsız olan bir necə kəndi qazlaşdırılır. Bu problem Yardımlı, Beyləqan, Lənkəran, Masallı, Cəlilabad, İmişli rayonları üçün də aktualdır. Bu rayonların da qazsız kəndləri mərhələli şəkildə qazlaşdırılacaq. Qazlaşdırma yeni salınan qəsəbələrdə də aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə