“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Xızıda keçirilib- FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Xızıda keçirilib- FOTOSESSİYA

"Vətəni tanı" Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. Layihə çərçivəsində növbəti tədbir Xızı rayonunda baş tutub.

Xızı şəhər orta məktəbində keçirilən tədbirin açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının Mətbuat katibi Orxan Əli bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan O. Əli Milli Şuranın bu istiqamətə bundan sonra da layihələr həyata keçirəcəyini qeyd edib.

Rayon təhsil şöbəsinin müdiri Oqtay müəllim çıxışında Azərbaycanın torpaqlarının işğal altında olması bildirərək belə layihələrin keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Milli Şuranın əməkdaşları Bəxtiyar Rəhimov, Vüsal Kazımov, Ülvi Məmmədli və Şahin Paşazadə gəncləri yarışmanın gedişi barədə məlumatlandırıb. Gənclərə seçim turunda uğurlar arzulayıb.

150 gəncin qatıldığı yarışmada 2 nəfər respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə