Nazir: “Bu vaxtadək nazirliyin nəzdində olan sosial obyektlərin heç də hamısı təyinatı üzrə fəaliyyət göstərə bilməyib”
"Əlilliyi müəyyənləşdirən meyarlara yenidən baxılır. Bu baxımdan qeyri-hökumət təşkilatlarının fikirləri bizim üçün maraqlıdır". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirlikdə yaradılan ictimai şuranın ilk iclasında bildirib.
Nazir deyib ki, bu vaxtadək nazirliyin nəzdində olan sosial
obyektlərin heç də hamısı təyinatı üzrə fəaliyyət göstərə bilməyib: "Bu ildən
başlayaraq həmin obyektlərdə təmir işləri aparılacaq. Əlillərin cəmiyyətə inteqrasiyasının təmin olunması
məqsədilə Azərbaycanda yeni müəssisələr də yaradılacaq. Bunlar Gözdən Əlillər
üçün Tədris-Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün sosial
reabilitasiya mərkəzləri və sosial sığınacaqlardır".
F. Ələkbərov qeyd edib ki, hazırda nazirlikdə daha çox diqqət yetirilən
məsələlərdən biri də ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsidir:
"İstəyirik ki, müraciət mexanizmini təkmilləşdirərək məmur-vətəndaş əlaqələrini
minimuma endirək. Bizim təklifimiz ondan ibarətdir ki, vətəndaş əmək və
əhalinin sosial müdafiə mərkəzlərinə gəlmədən elektron vasitələrlə müraciətini
göndərsin. Ancaq aztəminatlı ailələrin cəmi
2 faizində kompüter var. Buna görə də eyni zamanda poçt sistemindən də istifadə
edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB