ETSN-in “Qaynar xətt”inə 511 müraciət olub

ETSN-in “Qaynar xətt”inə 511 müraciət olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt" i (539-18-63, 538-13-35) ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edir. Son 6 ayda nazirliyin "Qaynar xətt"inə 511 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma aparılıb, müvafiq tədbirlər görülüb: "Ağacların kəsilməsi ilə əlaqədar 98, aşma təhlükəsi ilə bağlı 314, atmosfer havasının çirklənməsi ilə bağlı 25, məişət tullantılarının qalaqlanması ilə bağlı 33, səs-küy səviyyəsinin normadan artıq olmasına görə 18, çirkab suların axıdılmasına görə 9, yerin təkindən istifadə ilə bağlı 5, faunanın mühafizəsi ilə bağlı 4, elektromaqnit şüalanma ilə bağlı 3, palçıq vulkanlarının püskürməsi ilə bağlı 2 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 58 şikayət fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb. 40 müraciət isə təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 314 müraciətdən 308-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 6 müraciət əsassız hesab edil. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy, faunanın mühafizəsi, elektromaqnit şüalanma və palçıq vulkanlarının püskürməsi ilə əlaqədar daxil olmuş 99 müraciətdən 29-u ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 70 müraciət Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb. Əfsuslar olsun ki, daxil olan şikayətlərin əksəriyyəti Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən şikayətçilər araşdırmada iştirakdan imtina ediblər.Araşdırma zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı da məlum olub".

Bütün xəbərlər Facebook səhifəmizdə