Rumıniya nümayəndə heyətinin rəhbəri: \"Quba məzarlığı Azərbaycan xalqına qarşı törədilən vəhşiliyin bariz nümunəsidir\"- FOTOSESSIYA
Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qubaya səfər edib. SİA-nın Qubaya ezam olunan müxbirinin verdiyi xəbərə görə, qonaqları Quba Olimpiya Kompleksində YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Ədalət Nəbiyev qarşılayıb. İcra başçısı öncə Qubanın tarixi, görülən abadlıq və quruculuq işləri haqqında danışıb. Azərbaycanın tolerant ölkə olduğunu bildirən icra başçısı Qubada 27 etnik qrupun yaşadığını vurğulayıb. Onun sözlərinə görə, rumın nümayəndə heyətinin tərkibində siyasətçilərlə yanaşı, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin də Azərbaycana gəlməsi ölkələrimiz arasında bu sahələrdə münasibətlərimizin inkişafında xüsusi rol oynayacaq.
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu səmimi qarşılanmaya görə, öz minnətdarlığını bildirib. Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən N. Ontsanu son illər ərzində ölkəmizin inkişaf etdiyini deyib: "İki il ərzində Azərbaycan çox inkişaf edib. Bildirmək istərdim ki, Avropada iqtisadi böhranın olmasına baxmayaraq Azərbaycan hökumətinin yürütdüyü iqtisadi siyasət nəticəsində ölkəniz iqtisadi böhrandan itkisiz çıxıb. Bu halda bizi dost ölkə olaraq çox sevindirir".
"Qədim Quba" özəl xalçaçılıq ASC-nə səfər etdikdən sonra qonaqlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım nəticəsində yaranan Qubadakı kütləvi məzarlığı ziyarət ediblər. Məzarlıqla ümumi tanışılıq zamanı İcra Hakimiyyətinin başçısı Rauf Həbibov bildirib ki, 2007-ci ilin aprel ayında Quba şəhərində, Qüdyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. 400-dən artıq insan cəsədinin aşkar olunduğunu deyən R. Həbibov qonaqların diqqətinə çatdırıb ki, hesablamalara görə məzarlıqda 50-dən çoxu uşaq, 100-dən çox qadın və yaşlı kişi cəsədi aşkarlanıb.
YAP-ın icra katibini müavini Mübariz Qurbanlı isə öz növbəsində bildirib ki, Quba məzarlığında aşkar edilən insanların hamısı soyuq silah və küt alətlə, xüsusi qəddarlıqla öldürülüb. O, qeyd edib ki, qətllər zamanı ermənilər bir dənə də olsun güllədən istifadə etməyiblər.
Jurnalistlərə açıqlama verən Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Quba məzarlığının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyin bariz nümunəsi olduğunu bildirib: "Bizim nümayəndə heyəti bu soyqırımını öz gözləri ilə gördü. Bu məzarlıq sübut edir ki, Azərbaycan xalqı soyqırımına məruz qalıb. Çünki burada minlərlə qadın, uşaq səbəbsiz yerə qətlə yetirilib. Hesab edirəm ki, onlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. Bizdə Avropa Birliyinə üzv olan ölkə kimi qurumun digər ölkələrinə çalışacağıq ki, bu həqiqətləri mütəmadi olaraq çatdıraq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB