Azərbaycan Turizm İnstitutu məzunlarının buraxılış mərasimi keçirilib- FOTOSESSİYA
Bu gün Beynəlxalq Muğam mərkəzində Azərbaycan Turizm İnstitutunun (ATİ) \"Məzun 2001\" adlı buraxılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ATU-nun rektoru Cəfər Cəfərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avstriyanın Krems TEU-nin rektoru Eva Verner, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Milli Məclisin üzvləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Cəfər Cəfərov ATİ-nin 5 illik fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Turizm İnstitutu 2006-cı ildə 3 ixtisas üzrə 200 tələbə ilə fəaliyyətə başlayıb: "Bu gün artıq 8 ixtisas üzrə 193 tələbə məzun olur. Məzunlardan 19-u eyni zamanda, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomları ilə təltif olunub və ikili diplom alıb. Bu gün 20 yaxın tələbə magistr pilləsi üzrə təhsil alır. Payızda isə doktorantura pilləsinə 10-dan artıq namizədin qəbulu nəzərdə tutulur. Hazırda ölkə ərazisində turizm prioritet sahə kimi gündəmdədir. Turizm sektorunun keyfiyyətli kadrlarla təmin etmək üçün institutun məzunlarından yararlanmaq lazımdır. Ölkədə turizm sahəsinin peşə təhsili ilə bağlı peşə məktəbləri şəbəkəsi yaradılır. Bugünkü məzunlaırmızın uğurları göstərir ki, bizim 4 illik fəaliyyətimiz hədər getməyib, əlimizdən gələn səyləri göstərərk onların layiqli vətəndaş olmalarına çalışmışıq. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı nəticələrdə institutun ilk beşlikdə yer alması yeni yaranan ali təhsil müəssisəsi üçün böyük uğurdur. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq institutun tələbələri üçün 22 həftəlik təcrübə semestri keçirilib. ATİ Dünya Turizm Təşkilatının assosiativ üzvlüyünə daxil olub. Gələcək üçün ən mühüm məqsədimiz inkişaf edən ölkələrin universitetlərin səviyyəsində olamaq, regionda mühüm təhsil mərkəzinə çevrilməkdən ibarətdir".
Tədbirin davamında çıxış edən Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATİ-nin bu məzunlarının buraxılışının turizm sənayesi üçün çox önəmli olduğunu bildirib. Nazir məzunların təyinatının azad olduğunu qeyd edib: "Bu uşaqların böyük əksəriyyəti artıq özünə iş tapıb. Onlara bu gün tələbat var. İnstitutun nəzdində yaradılacaq turizm peşə məktəbinin kollektivinin formalaşması üçün məzunların potensialından istifadə etmək nəzərdə tutulur. Azərbaycan Turizm İnstitutunun məzunları sənayeyə çox vaxtında daxil olurlar. İndi xidmətlərin keyfiyyətlərinin artırılmasına xüsusi önəm veririk. Əminəm ki, bizim institutda ali təhsil almış peşəkarlar turizm sənayesinin inkişafı üçün var gücü ilə çalışacaqlar".
Avstriyanın Krems TEU-nin rektoru Eva Verner də öz növbəsində məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sonra Avstriyanın Krems TEU-ni uğurla bitirən 19 tələbəyə diplomlar təqdim olunub.
Tədbir incəsənət ustalarının iştirak etdiyi bədii hissə ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə