Nazir: “Azərbaycanın dövriyyəsinə turizm xidmətlərindən 1 milyard 500 milyon manata qədər vəsait daxil olub”

Nazir: “Azərbaycanın dövriyyəsinə turizm xidmətlərindən 1 milyard 500 milyon manata qədər vəsait daxil olub”

"Qeyri-rəsmi hesabatlara görə, ötən il Azərbaycanın dövriyyəsinə turizm xidmətlərindən 1 milyard 500 milyon manata qədər vəsait daxil olub. Yəni, burada yalnız Azərbaycana gələn əcnəbilərin xərclədiyi vəsaitdən söhbət gedir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O bildirib ki, hazırda Dövlət Statistika Komitəsi və Ümumdünya Turizm Təşkilatı ilə birgə Azərbaycanın ümumi daxili məhsulunda ölçülərin sistemləşdirilməsinə dair işlər aparılır. Onun sözlərinə görə, bu ilin sonuna kimi statistika təkmilləşəcək. Azərbaycan dövriyyəsinə 5-6 milyard civarında turizm sənayesi daxil edildiyini deyən nazir yalnız bu rəqəmlərin dəqiq olmadığını söyləyib.

Ə.Qarayev vurğulayıb ki, turizm şirkətlərinin fəaliyyətinin lisenziyalaşdırılması sərtləşdiriləcək: "Məsul işçilərin ali məktəb diplomlarının olması tələb olunur. Artıq bu işə başlanılıb, müvafiq təşkilatlara tapşırıqlar verilib. Bizə lisenziya üçün müraciət edən şirkətlərlə nazirlik arasında müqavilə imzalanır. Bu müqavilədə bütün şərtlər qeyd olunub. Bu məsələ qanunvericilik tərəfindən təsdiq olunana qədər bu, şərti qaydada həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə