Vüqar Rəhimzadə: \"Ulu öndər həmişə jurnalistlərə, ümumiyyətlə, mətbuatda çalışan hər kəsə xüsusi diqqət yetirib\" - MÜSAHİBƏ

\"İki sahil\" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın SƏS TV-yə müsahibəsi


- Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi Azərbaycan mətbuatına nə kimi töhfələr verdi?


Vüqar Rəhimzadə: - 1969-cü ilin bugünü ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi yerli istehsal müəsisələrinin açılması, böyük sənaye müəssisələrinin yaradılmasına, iqtisadi, sosial inkişaf baxımından insanların güzəranın yaxşılaşmasına təkan verdi, ölkə çox böyük sürətlə inkişaf etdi. Ulu öndər həmişə jurnalistlərə, ümumiyyətlə, mətbuatda çalışan hər kəsə xüsusi diqqət yetirib. Heydər Əliyev regionlara, rayonlara səfərlərində daim jurnalistlərlə birlikdə olub. Hesab edirəm ki, həm jurnalistlərin yazdıqları yazılara çox həssas yanaşıb, eyni zamanda jurnalistlərin özlərinin fərdi fəaliyyətlərinə xüsusi önəm verib, hər zaman jurnalistikanın inkişafı ilə bağlı xüsusi sərəncamlar imzalayıb. Hesab edirəm ki, bütün sahələrdə bu inkişaf nəzərə çarpıb. O dönəmdə Azərbaycanda neft, maşınqayırma sənayesi keçmiş SSRİ məkanında birinci yerdə dururdu. Hansı ki, SSRİ-nin bir çox ölkələrində neft emal və istehsal olunurdu. Neft və maşınqayırma sənayesi Azərbaycanda birinci yeri tuturdu. Azərbaycanda bu sahələrlə bağlı kifayət qədər zavodlar fəaliyyətə başladı, Azərbaycanda digər böyük sənaye müəssisələri yaradıldı, kondisioner, dəri özüllər zavodunun yaradılmasını bugün Azərbaycanda neft sənayesinin, ümumiyyətlə, əsrin müqaviləsinin imzalanması ilə bağlı xüsusi önəm kəsb etdiyinin şahidi oluruq.

Ulu öndərimiz təkcə Sovetlər dövründə deyil, bütün illərdə digər sahələrə olduğu kimi mətbuata da xüsusi önəm verirdi. 1990-cu ildə Azərbaycanın düşdüyü ağır günlərin hər birimiz şahidiyik. Azərbaycanda çox çətin bir dövr idi, insanların sabaha ümidi yox idi, gərgin sosial həyat tərzi yaşayırdılar. İnsanların şəxsi həyatlarına qarşı kifayət qədər müdaxilələr olurdu. Bu proses təbii ki, mətbuatdan da yan keçmirdi. Azərbaycanda senzuranın, xüsusilə hərbi senzuranın mövcudluğu mətbuatın, jurnalistikanın məhvinə yönəlmişdi. Jurnalistlərə qarşı fiziki, mənəvi təzyiqlərin, təqiblərin baş alıb getdiyi bir dövrdə yaşayırdıq. Ulu öndər 1993-cü ilin iyun ayında xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Baxmayaraq ki, 1991-ci ildə ölkə parlamentində müstəqillik aktı qəbul olunmuşdu, amma ölkədə müstəqillikdən söhbət gedə bilməzdi. Bütün bu təqib və təhlükələr ulu öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ilə arxada qaldı, Azərbaycan tənəzzülündən tərəqqiyə qədəm qoydu. Bu dövrdə də kifayət qədər fərman və sərəncamlar imzalandı ki, bu gün Azərbaycan dövlətinin varlığı, mövcudluğu, dünya birliyində özünə layiq yer tutması ulu öndərin adı ilə bağlıdır. Həmçinin Azərbaycan bu gün müstəqil mətbuatın inkişafı, yaranması, mövcudluğu məhz həmin dövrlərə və ulu öndərin imzaladığı sərəncamlar, qərarlarla çox böyük təkan verildi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilı bağlı imzalanan sərəncama əsasən mətbuat üzərindən dövlət nəzarət mexanizmi götürüldü. Bu gün Azərbaycanda kifayət qədər mətbuat orqanları çox yüksək səviyyədə fəaliyyətə göstərir, kimliyindən asılı olmayaraq çox sadə formada mətbuat orqanlarını qeydiyyatdan keçirmək olar. Ulu öndərin qoyduğu siyasət bu gün ulu öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirilir. İstər daxili, istər xarici siyasət, istərsə də regionlarda quruculuq işləri gedir. Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, bütövlükdə yenidən qurulur.

Bundan əlavə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istərdim. Bu müddət ərzində bu qurum çox uğurla fəaliyyət göstərib.

Özü-özünü tənzimləyən bir qurum, qeyri-hökumət təşkilatı olaraq Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondun yaradılması və fəaliyyəti Azərbaycan mətbuatı tarixində çox önəmli bir hadisə idi. Həm bir qəzet, jurnal, mətbuat orqanı, jurnalist bu fondun fəaliyyətindən bəhrələnir və onun gördüyü işlərlə onunla yaxından əməkdaşlıq edir. Mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşması, jurnalistlərin fərdi müsabiqələrdə iştirak edərək peşəkarlığın artırılması və digər məsələlərlə bağlı xüsusi önəm kəsb edən hadisələrdir. Bir daha vurğulayıram ki, ulu öndər 1969-cu ildə hakimiyyətə gələndən sonra Azərbaycanın bütün sahələrində olduğu kimi mətbuat sahəsində atılmış addımların və sonrakı illərdə qoyulan siyasətin məntiqi davamı kimi bu siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir.


- Sizcə, bu gün ulu öndər Heydər Əliyevin irsi, fenomeni ən azı jurnalistlər tərəfindən lazımi qədər tədqiq olunurmu?


Sevil Yusifova: - Ümummilli lider Heydər Əliyev doğrudan da Azərbaycan mətbuatında böyük bir dönüş yaratdı. Uzun illər, zamanlar keçəcək, amma hələ də onun fəaliyyəti Azərbaycan mətbuatının əsas mövzularından biri olacaq. Düşünürəm ki, bügunki mətbuat onun etdiyi işləri tam əhatə edə bilməsə də yenə də minnətdar olaraq hər zaman gündəmə gətirir. SSRİ dağıldıqdan sonra Azərbaycanda ilk dəfə bu senzuranın götürülmsəi digər respublikalar üçün ən yaxşı örnək oldu. Ulu öndər Heydər Əliyevə \"Jurnalistlərin dostu\" mükafatının təqdim olunma mərasimində o, hər bir redaktoru adba-ad tanıyırdı. Hətta onun siyasətində müxalifət mövqeyində duran müxalifət qəzetinin baş redaktoru Gündüz Tahirlini çağıraraq problemlərini dinlədi. Baş redaktorların toplantısını keçirir, onların şikayətlərini, fikirlərini şəxsən dinləyərdi. Bütün bunlar onun mətbuata olan sevgisi idi. Eyni zamanda, Heydər Əliyev digər məmurlara da bir örnək idi. Mətbuatın kiçik siravi üzvündən tutmuş rəhbərliyə qədər hər kəsin fikirlərini dinləməyə hazır idi. Onun mətbuatı oxumadığı bir gün yox idi. Hər zaman bütün sahələrdə özünün fenomen olduğunu göstərirdi. Mənə elə gəlir ki, biz hələ bundan sonra da onun açılmayan, haqqında demədiyimiz məsələləri gündəmə gətirməli və deməliyik. Bu gün Azərbaycan mətbuatın dövlət tərəfindən olan qayğıların kökündə Heydər Əliyevin qoyduğu təməl durur. Yəni, Heydər Əliyev bu təməli qurdu və o da zaman-zaman öz bəhrəsini verir.


- Ümumilikdə ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatı üçün nə deməkdir?


Vüqar Rəhimzadə: - Ulu öndər Heydər Əliyev mənim üçün Azərbaycan qədər, dövlətin özü qədər çox müqəddəs bir addır. Hansı ölkədə olmağımızdan asılı olmayaraq Azərbaycan adı gələndə bizim gözümüzün önündə Heydər Əliyev dayanır və ya əksinə olaraq Heydər Əliyev adı gələndə Azərbaycan göz önünə gəlir. Bu iki vəhdət heç vaxt ayrılmazdır. Bu gün hər bi-birimizin fiziki və mənəvi varlığı Heydər Əliyevin adı ilə bağlıdır.

1992-ci ildə Azərbaycanda vətəndaş müharibəsi gedirdi, Gəncə dağılmaq təhlükəsi ilə üzləşmişdi, Azərbaycanda siyasi və silahlı qruplaçmalar baş alıb getdiyi, xalqın çaş-baş olduğu bir vəziyyət idi. Bu gün Azərbaycan dövlətinin mövcudluğu, varlığı, kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının varlığı Heydər Əliyevin adı ilə bağlıdır. O bizi, Azərbaycanımızı qurdu, qorudu və yaşatdı. Bu gün mətbuatın sözün yaxşı mənasında bütün sahələrdə fəaliyyəti, inkişafı və bütün qoyulan təməl prinsipləri ulu öndərə təsadüf edir. Heydər Əliyev insanların davranış rəftarını, insanların biri-birinə qarşı isti münasibəti öyrətdi. Hər zaman o insan kimliyindən asılı olmayaraq hər kəsə çox diqqətlə yanaşırdı. Azərbaycanın müstəqil mətbuatının yaradılmasının banisi Heydər Əliyev idi. Heydər Əliyev tərəfindən imzalanan sərəncamlar, fərmanlar mətbuatın inkişafı, sonrakı taleyi üçün çox mühüm əhəmiyyəti vardır. Heydər əliyev tək mətbuatla bağlı deyil, bütün sahələrdə, insanların fərdi həyatlarında çox böyük hadisələrlə, əməlləri ilə yadda qalıb. Biz bunu çox və minnətdarlıqla xatırlayırıq. Heydər Əliyevin ideyaları hər zaman bizimlə birlikdədir və yaşayacaq. O ideyalar müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, qüdrətlənməsinə xidmət edir və bütün bunlarla Azərbaycan dünyada öz layiqli yerini tutmaqdadır.


- Ulu öndərin siyasəti, xüsusilə mətbuatla bağlı sahəsi bugün ölkə prezidenti İlham Əliyev tərəfindən neçə və hansı formada həyata keçirilir?


Sevil Yusifova: - Ölkə prezidenti İlham Əliyev dünyaya gələndən Heydər Əliyevdən dərs ala-ala gəlib. Necə deyərlər, yaxşı şagird, yaxşı da ustad olur. Milli Mətbuatın 135 illik yubileyində jurnalistlərin evlə təminatı ilə bağlı atdığı mühüm addım bütün mətbuat orqanları tərəfindən mühüm hadisəyə çevrildi. Dünyanın heç bir ölkəsində jurnalisti evlə təmin etmək məsələsi yoxdur. Bu doğrudan da bütün jurnalistlər üçün tarixdə analoqu olmayan bir hadisə ilə bizi sevindirdi və hədiyyə etdi. İlham Əliyev dövlətini, millətini sevən bir insan, prezident kimi mətbuat nümayəndələri üçün öz sevgisini sübut etdi. Doğrudan insan ölkənin daxilində olanda öz əlimizdəki, uğurlarımzı edə bilmirik və görmürük, ancaq xaricə gedəndə oradan Azərbaycan baxanda qürur hissi keçirirsən. Bu gün yeni, modern, heç bir Avropa ölkəsindən geri qalmayan redaksiyalarımız yaranır. Bunlar, uğurlarımız günü-gündən inkişafı cənab prezidentin bizim üçün etdiyi, xalq üçün apardığı siyasətin tərkib hissəsidir. Mən çox az müddətdə, yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə müqayisə ediləcək dərəcəyə gəlib çatmasına çox inanıram. Ümid edirəm ki, biz tezliklə onlara onu göstərəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə