Mingəçevirdə “14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirilib

14 iyul 2011-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının qərargahında, şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi münasibəti ilə "14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir" mövzusunda Elmi-nəzəri konfrans keçirib.

Elmi-nəzəri konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü M.Ağayev ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında onun xüsusi xidmətlərindən danışıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri C.Yusubov "14 iyul 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixi zərurət idi.", YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurası İdarə Heyətinin üzvü D.İlyasova "1969-1982-ci illər Azərbaycanın iqtisadi, sosial-mədəni tərəqqi və milli oyanış mərhələsidir", Mingəçevir Politexnik İnstitutunun dosenti, kimya üzrə fəlsəfə doktoru M.Mehdiyev "1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən siyasət müstəqilliyə hazırlıq mərhələsi idi", Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının baş müəllimi, dissertant K.Hüseynova "Ümummilli lider Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə gəlişi müstəqilliyimiizin qorunub möhkəmləndirilməsinə etibarlı təminatdır." mövzularında çıxış edibər.

Mingəçevir şəhər İcra Hakimiyyətini başçısı, YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü M.Ağayev yekunda çıxış etdikdən sonra, konfrans iştirakçılarına və məruzəçilərə konfransın işində fəallıq göstərdiklərinə görə öz minnətdarlıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə