Vilyam Hacıyev: “Samux-Zaqatala yolunun çəkilişi ilə Gürcüstan və Rusiyaya əhalinin gediş-gəlişi asanlaşacaq”
"Samux-Zaqatala yolunun çəkilişi ilə Gürcüstan və Rusiyaya əhalinin gediş-gəlişi asanlaşacaq". Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.
Onun sözlərinə görə, yolun çəkilişi ilə bağlı artıq layihə smeta sənədləri hazırdır. "Çox güman ki, gələn ildən region üçün olduqca əhəmiyyətli olan strateji yolun çəkilişinə start verilsin. Bilirsiniz bu yolun çəkilişi ilə Gürcüstanın Kaxetiya bölgəsinə həmçinin Rusiya dövlətinə gediş-gəliş asanlaşacaq. Ümumilikdə isə Samux-Zaqatala yolu 103 km təşkil edəcək", deyə V.Hacıyev əlavə edib
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB