Yarandığı ildən Azərbaycanı Avropa ölkələrində təmsil etmək əsas prioritetlərindən olan AGAT üç il ərzində Avropanın Fransa, Almaniya, Litva, Latviya, Rumıniya, Ukrayna, Moldova, Türkiyə və s. ölkələrdə Azərbaycanın Avropaya inteqrasiya prosesinə töhfə verməyə çalışıb. AGAT Fransanın ən böyük şəbəkəsi sayılan AMSED-ə tam hüquqlu üzvdür.
AGAT-dan SİA-ya verilən xəbərə görə, 16-26 iyul, 2011-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, sədr müavini Nərgiz Eyvazova və AGAT-ın fəalı Orxan İskəndərli Fransanın Strasburq şəhərində "Planeti xilas edək!" adlı beynəlxalq seminarda iştirak edəcək. Qeyd edək ki, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir.
10 gün ərzində keçiriləcək tədbirdə Avropanın 10 dövlətindən (Fransa, Almaniya, Sloveniya, Rumaniya, Turkiyə, Polşa, İspaniya, Bolqariya, Belçika and İtaliya), 3 Qafqaz ölklərindən (Azərbaycan, Ermənistan, Rusiya) və 5 Aralıq dənizi ölkələrindən (Əlcəzair, Mərakeş, Fələstin, Liviya, İordaniya,), 2 Şərqi Avropa dövlətlərindən (Moldova və Ukrayna) gənc mütəxəssislər iştirak edəcəkdir.
20 dövlətdən 40 nəfər iştirakçı olan tədbirdə Avropa, Aralıq dənizi ölkələri və Qafqaz ilə bağlı müxtəlif sosial-mədəni xüsusiyyətlər müzakirə olunacaq, mədəniyyətlərarası mübadiləni inkişaf etdirməklə əməkdaşlıq yaradıb yeni şəbəkələrlə gələcək layihələr üzərində iş aparılacaq, iştirakçılar öz fikir, bacarıq və təcrübələrini paylaşacaqlar.
AGAT tədbir ərazində Azəbaycanın sosial, siyasi və mədəni təqdimatını edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB