“Bəzi teleaparıcılar hətta ölkənin adını belə düzgün tələffüz edə bilmir” - FOTO

“Bəzi teleaparıcılar hətta ölkənin adını belə düzgün tələffüz edə bilmir” - FOTO

Media Akademiya layihəsi çərçivəsində keçirilən təlimlər gün keçdikcə daha çox maraq kəsb edir. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, İhamiyyə Rzayevanın tədris etdiyi "Telejurnalistikanın əsasları" fənni üzrə keçirilən təlim bunu deməyə tam əsas verir. Tanınmış aparıcı "Media Akademiya-2" bu həftə tələbələrinə təqdimat etməyin sirləri, düzgün təqdimatın əsas vasitələri, təqdimat zamanı tamaşaçının diqqətini cəlb etməyin əsas qanunauyğunluqları haqqında dolğun məlumat verib. İ. Rzayeva tələbələrdən uğurlu təqdimatlar gözlədiyini və dərsi tədris etməkdən böyük zövq aldığını xüsusi vurğulayıb.

Azərbaycanda bütün dərsliklər Azərbaycanca olmalıdır


Media hüququ üzrə təlimdə Vüsal Quliyev auditoriyadan media və hüquqla bağlı zaman-zaman yaşana biləcək problemlərin çözüm variantlarını müzakirə edib. Daha sonra gələcəkjurnalistlər bu mövzuda olan tədris vəsaitlərinin az olmasından şikayətləniblər. V. Quliyev cavabında bildirib: "Azərbaycanda bütün dərsliklər Azərbaycan dilində olmalıdır və nəzərə alınmalıdır ki, ölkədə heç də bütün istedadlı gənclərin əcnəbi dil biliyi yoxdur. Lakin hər kəsin bilik əldə etmək hüququ var!"

Müəyyən aparıcıların nitqində böyük qüsurlar var

Tələbələrə düzgün tələffüz, natiqlik və səlis danışığın sirlərini öyrədən respublikanın əməkdar artisti Azad Şükürov isə etiraf edib ki: "Müəyyən aparıcıların nitqində böyük qüsurlar var və hətta bəziləri ölkənin adını belə düzgün tələffüz edə bilmir".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com