Jurnalist təşkilatı Mətbuat Şurasına yeni təklif göndərəcək

Jurnalist təşkilatı Mətbuat Şurasına yeni təklif göndərəcək

"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi Mətbuat Şurasına yeni təklif göndərəcək. Bu barədə SİA-ya qurumun rəhbəri Mətləb Salahov bildirib. Qurum rəhbəri bildirib ki, MŞ-na göndəriləcək əsas təklif, ilk növbədə ölkə KİV-lərində çalışan gənc jurnalistlərin müasir informasiya texnologiyalarını yaxından öyrənmələri və qabaqcıl ölkələrin media təcrübəsini sərbəst şəkildə mənimsəmələri üçün xarici dilləri öyrənmələri ilə bağlıdır.

"Etiraf etməliyik ki, hazırda böyük sürətlə inkişaf edən qlobal dünyada və informasiya əsrində xarici dilləri mükəmməl şəkildə öyrənmək hər bir jurnalist üçün olduqca aktual məsələdir. Çünki cəmiyyətdə informasiya istehsal edən jurnalistin, dünya informasiya sektoruna sərbəst şəkildə daxil olması üçün xarici dil faktoru indi çox önəmlidir. Biz hesab edirik ki, Mətbuat Şurası müxtəlif ölkə səfirlikləri ilə birlikdə jurnalistlər üçün pulsuz xarici dil kurslarının təşkilinə dair proqram hazırlayıb həyata keçirsə, bu olduqca gözəl iş olar. Bu həm jurnalistlərimizin peşəkarlığını və operativ şəkildə informasiya almaq imkanlarını genişləndirər, həm də mətbuatımızın səviyyəsinin yüksəlməsinə böyük təkan olar. Bu iş bütün KİV-ləri əhatə etməlidir ki, ciddi bir nəticəyə nail olunsun", -deyə M.Salahov fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə