İyulun 13-ü saat 20:30 radələrində Zığ qəsəbə sakini Vüqar Məmmədov Neapol küçəsində yaşayan qohumu Hilal Həsənova şəxsi münasibətlər zəminində bıçaqla qarın nahiyyəsindən daxilə nüfuz edən xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, V. Məmmədov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB