Samux rayonunda cari ilin 6 ayı ərzində əldə olunan nəticələrə həsr olunan hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2011-ci ilin 6 ayı ərzində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, sözügedən zaman kəsiyində rayonda ümumi məhsul buraxılışı 28.1 milyon manat təşkil edib. Qeyri dövlət sektorunun payı 95.2 % olub. Sənaye sahəsində 2.9 milyon manat, kənd təsərrüfatında 15.9 milyon manat artım qeydə alınıb. Təxminən 708 ailəyə ünvanlı sosial yardım verilib. İşsizliyin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində 616 yeni iş yeri yaradılıb. Əlavə olaraq isə bir neçə müəssisənin açılışı planlaşdırılır. Prezident İlham Əliyevin kənd yollarının təmiri ilə bağlı verdiyi göstərişə uyğun olaraq yeni tədbirlər planı hazırlanıb. Qarayeri, Sərkar, Seyidlər, Qədirli kənd yollarının yenidən qurulması nəzərdə tutulur. Bu da təxminən 25 km yeni yolun çəkilişi və təmiri deməkdir. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də ötən illə müqayisədə yüksək göstəricilər əldə olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB