“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Qusar və Xaçmaz şəhərlərində keçirilib-FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Qusar və Xaçmaz şəhərlərində keçirilib-FOTOSESSİYA

"Vətəni tanı" ÜmumrespublikaKampaniyası 14-18 yaşlı gənclər arası bütün respublika üzrərayon və şəhərlərdə öz seçim turlarını davam etdirir. Bu dəfə Gənclər Təşkilatları Milli Şurasının işçi qrupu Qusar və Xaçmaz rayonlarında seçim turlarını həyata keçirib. Qusar şəhəri 6 saylı məktəbdə baş tutan kampaniyanı Milli Şuranın mətbuat katibi Orxan Əlinin rəhbərlik etdiyi işçi qrupu həyata keçirib.

Tədbirin açılış mərasimində Kampaniya haqqında məlumat verən işçi qrupunun rəhbəri Orxan Əli bildirib ki,xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin(inzibati ərazi vahidlərinə bölünməklə) xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilib və bunun üzərində yarışma həyata keçiriləcəkdir.Hər bir rayondan 2 nəfər təmsilçi seçiləcəkdir. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək Final mərhələsində iştirak edəcəkdir.

"Kampaniyanınəsasməqsədlərindən birinin dəbir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılmasıdır.Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı,ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır".- O.Əli belə deyib.

Yarışmada iştirak edən Qusarlı gənclərdən ikisi respublika turuna vəsiqə qazanıb. İşçi qrupu Qusar rayonunda yerləşən və Azərbaycanda hündürlüyünə görə ikinci yerdə olan Bayraq meydanında olub, buradan Qusar şəhərini seyr ediblər.

İşçi qrupu daha sonra xaçmaz rayonunda seçim turunu həyata keçirib. Burada da gənclər kampaniyada həvəslə iştirak ediblər.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyalarınazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin, "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə