Ev təsərrüfatlarında yaşayan sosial qruplar arasında sorğu keçiriləcək
Gələn aydan başlayaraq əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə sorğu keçiriləcək. SİA-nın məlumatına görə, 8 region üzrə iki istiqamətdə aparılan sorğuya ev təsərrüfatlarında yaşayan sosial qruplar və qadınlar cəlb olunacaq. Bu qrupa aid olan insanlara dünyaya gətirdikləri, yaxud övladlığa götürdükləri uşaqlar, QİÇS və cinsi yolla keçən xəstəliklər barədə məlumatlı olub-olmaları və ümumi xarakterli suallar ünvanlanacaq. 5 yaşadək olan uşaqların isə antropometrik ölçüləri aparılacaq.
Oktyabr ayına kimi davam edəcək sorğu zamanı toplanan məlumatlar təhlil olunduqdan sonra əhalinin demoqrafik vəziyyəti ilə bağlı yekun rəy veriləcək.
Oktyabr ayına kimi davam edəcək sorğu zamanı toplanan məlumatlar təhlil olunduqdan sonra əhalinin demoqrafik vəziyyəti ilə bağlı yekun rəy veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB