Savaş Əyilməz: \"Vatikan qondarma “erməni soyqırımı” ilə bağlı sənədlərin dərc olunmasını istəmir\"
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi Vatikanın gizli arxivində qondarma "erməni soyqırımı" ilə bağlı saxlanan sənədlərin dərc olunması üçün kampaniyaya başlayıb. SİA-nın məlumatına görə, dərnəyin sədri dosent Savaş Əyilməz jurnalistlərə açıqlaması zamanı bildirib ki, arxivin direktoru Sergio Paqano dəfələrlə bu sənədlərin bircildlik kitabda dərc olunacağını bəyan etsə də, Vatikan bu işi təxirə salır: \"Əslində erməni quldur dəstələrinin Anadoluda türklərə qarşı törətdikləri qətliamlara aid bu sənədlərin aşkara çıxarılması bizim üçün mühüm olduğundan, xalqımızı başladığımız kampaniyaya qoşulmağa çağırırıq. Vatikan uzun müddətdir erməni məsələsində fəal iştirak etmək istəyir. Sənədləri açıqlamayan Sergio Paqano heç bir əsas olmadan bildirir ki, guya "türklərin ermənilərə qarşı davranışlarını oxuyub, qorxu və təlaş hissi keçirib".
Xristian həmrəyliyindən irəli gələn bu sözlərin müəllifi tamamilə əvvəlcədən hazırlanmış bir rol oynayır və erməni təbliğatını dəstəkləyir. Halbuki, biz o sənədlərdə nələr olduğunu bilirik. Sənədlər Birinci Dünya müharibəsindən əvvəl və sonra türk torpaqlarında məskunlaşmış və türklərə qarşı qətliamlar törətmiş ermənilərin öz üsyanlarına dəstək axtarmaq üçün Avropanın xristian dünyasına və Vatikan kilsəsinə göndərdikləri məktublardan ibarətdir. Bu məktublarda xristian ermənilərin guya müsəlman türklər tərəfindən qətlə yetirilmələri barədə yalanları, onların yardım müraciətləri yer alır. Arxivdə 1914-1922-ci illərdə Papa olmuş XV Benediktin Osmanlı dövləti ilə yazışmaları da var\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB