Tahir Məmmədli: “Ötən gün Şirvan şəhəri yaxınlığında baş verən zəlzələlər həmin ərazidə seysmoloji aktivliyin nəticəsi kimi qiymətləndirilmir” - MÜNASİBƏT
Azərbaycanda hər gün müxtəlif sayda kiçik ölçüdə zəlzələlər çox olur və bunu o qədər də təhlükəli hal kimi qiymətləndirə bilmərik. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli ötən gün Sişvan şəhərində baş verən zəlzələrə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda il ərzində çoxlu sayda zəif zəlzələlər qeydə alınır və Şirvan şəhərində baş verənlər həmin zəlzələlərin tərkib hissəsidir Onun sözlərinə görə, ötən gün Şirvan şəhəri yaxınlığında baş verən zəlzələlər həmin ərazidə seysmoloji aktivliyin nəticəsi kimi qiymətləndirilmir.
"Sadəcə olararaq bir yerdə bir neçə zəlzələ birdən, cərgədə biri ola bilər. Seysmik təkanların olması çox anomal hadisə sayılmır və heç bir ciddi təhlükədən xəbər vermir. Azərbaycanın Şirvan şəhərində iyulun 12-də dörd zəlzələ qeydə alınıb. Şəhərdən 30-38 km şimalda baş verən zəlzələlərdən ən azı Rixter cədvəli ilə 3,1 bal, ən çoxu 4,2 bal təşkil edib. Baş verən hər hansı bir zəlzələnin müəyyən bir siqnaldan xəbər verməsi ilə bağlı heç bir proqnoz vermək olmaz. Ancaq qeyd edim ki, yerdə adi seysmik proseslər gedir və bunun nəıticəsində xırda yeraltı təkanlar yaranır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB