Vasim Məmmədəliyev: “Toy və yasdakı israfçılığın qarşısını ilk öncə varlılar almalıdır\"
Bu gün aktual olan toy və yas mərasimlərində israfçılıq məsələsinə dinşünas - alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin də fikri birmənalı deyil. SİA-nın m\\lumatına görə, V. Məmmədəliyev \"Qurani-Kərim\"də \"Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz\" kəlamını xatırladaraq bildirib ki, bugünkü toy və şər məclislərində israfçılığa yol verilməsini neqativ qiymətləndirir: "Dəbdəbəli məclislər bəzən məclis sahiblərinin borca düşməsi ilə nəticələnir. Xalqımızda bu adət kimi formalaşsa da lazımsız adətdir. Bugünkü qəbiristanlıqlar muzeyi xatırladır. Bunun ölüyə heç bir savabı yoxdur. Dinimizdə buyrulub ki, müsəlmanın qəbri sadə olmalıdır. Hesab edirəm ki, bu problemlərə son qoymaq üçün ilk olaraq varlılar addım atmalıdırlar. Çünki varlı öz məclisini dəbdəbəli etdikcə kasıb utanır və el qınağına tuş gəlməmək üçün borca düşüb onunla ayaqlaşmağa çalışır. Borcla verilən məclis isə ölünün ruhun şad edə bilməz. Ölüyə dəbdəbəli yas verməkdənsə, ruhuna dualar oxutdurmaq savabdır".
V. Məmmədəliyev şeyx həzrətləri Allahşükür Paşazadənin bu məsələ ilə bağlı xalqımızı nümunə göstərdiyini də deyib: "Bir neçə il öncə şeyx valideynlərinə yalnız 3 və 40 məclisi verməklə kifayətləndi və bununla ətrafdakılara nümunə göstərdi. Məndə, digər tanınmış din xadimlərimiz də bu məsələdə örnək olmağa çalışırıq. Qalanı isə xalqın öz ixtiyarına düşür. Bununla bağlı dövlət müdaxiləsinin olması düzgün deyil. Dövlət kimisə valideyni üçün ehsan verdiyinə görə cərimə edə bilməz. Bu, mənəviyyatla bağlı olan məsələdir. Problemə son qoymağın ən yaxşı yolu təbliğatın, maarifləndirmənin gücləndirilməsidir. Artıq bu istiqamətdə addımlar atılır, inanırıq ki, bunun müsbət səmərəsini görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB