Budaq Budaqov: “İsrafçılığın baş alıb getməsində şadlıq sarayları və mollaların xüsusi rolu var”
Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budağov yas və toy mərasimlərində yol verilən israfcılıq hallarının qarşısının alınması ilə bağlı ötən il Ağsaqqallar Şurası tərəfindən respublika ərazisində maarifləndirmə işlərinin aparıldığını bildirib: "Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin də sözügedən məsələ ilə bağlı tədbir keçirməsini alqışlayıram. Bu məsələnin xalqımız üçün aktuallığın nəzərə alaraq hələ ötən il Ağsaqqallar Şurasının bölgələrdə təbliğat işləri apardı. Hələ qədim zamanlardan Şərqdə ağsaqqala, ağsaqqal sözünə hörmət olunub. İnanıram ki, ağsaqqalların, əlaqəli qurumların bu istiqamətdə gördükləri işlər yas və toy mərasimlərində baş verən neqativ hallara son qoyacaq".
SİA-nın məlumatına görə, B. Budaqov dünyada ərzaq məhsullarının boş yerinə məhvini ağılsızlıq kimi qiymətləndirildiyini deyir: "Bizdə isə israfçılıq halları baş alıb gedir. Məişətimizin bu sahədəki eybəcərlikləri aradan qaldırılmalı,toy və yas mərasimlərində tökülüb qalan, boş yerə məsrəf olunan xərclərin qarşısı alınmalıdır. İnanıram ki, ağsaqqalların,din xadimlərinin nüfuzu sayəsində məclislərimizdəki həddini aşma hallarının qarşısı alınacaq. İsrafçılığın baş alıb getməsində gündən-günə artan şadlıq sarayları və üzdəniraq mollaların da xüsusi rolu var. Bu sahədə də islahatlar aparılmalıdır ki, bu hallara son qoyulsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB