Rumıniyalı qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçiriblər
Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti bu gün Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçiriblər. SİA-nın xəbərinə görə, Rumıniyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğuna toxunan AMEA prezidenti iki ölkənin elm adamları və elmlər akademiyaları arasındakı əlaqələrdən danışıb. AMEA-nın prezidenti ölkələrimiz arasında elm sahəsində əlaqələrin müsbət məcrada inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanu çıxışında Rumıniyanın Azərbaycana dost ölkə olduğunu və Azərbaycanın uğurlarının dost rumın xalqını sevindirdiyini söyləyib. Ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu deyən N. Ontsanu gələcəkdə elm sahəsində əlaqələrimizin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti Mario Sala çıxışında isə, bu il Rumıniya Elmlər Akademiyasının 145 illik yubileyinin qeyd olunduğunu vurğulayıb. Rumıniya Elmlər Akademiyasının 65 institutunun fəaliyyət göstərdiyini önə çəkən vitse-prezident AMEA-nın elmi tədqiqat institutları ilə Rumıniyanın Elmlər Akademiyasının elmi institutları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə toxunub.
Tədbirdə digər rumıniyalı qonaqlar da çıxış edərək qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB