ANAMA 2724 partlamamış hərbi sursat və 8 tank, 1 piyada əleyhinə mina aşkar edib

ANAMA 2724 partlamamış hərbi sursat və 8 tank, 1 piyada əleyhinə mina aşkar edib

2011-ci ilin iyun ayı ərzində 2 027 178 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2724 PHS və 8 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 164 796 810 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 661, 983-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Tərtər, Yevlax eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, 2011-ci ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə