Qadınlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi BMT-də müzakirə ediləcək

Qadınlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi BMT-də müzakirə ediləcək

SİA-nın məlumatına görə, bu barədə xorvatiyalı ekspert Dubravka Simonoviç deyib. O bildirib ki, qadınlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə haqqında Azərbaycanın məruzəsi BMT Baş Assambleyasının cari sessiyasında müzakirə olunacaq.

Simonoviç Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq məruzələrin statusu və yekun qeydlər barədə Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəyə qısa məlumat verib: \"Bu barədə Azərbaycan, Portuqaliya, İslandiya və Qırğızıstandan məruzələr alınıb, lakin cari sessiyada bu məruzələrdən yalnız ilk üçünə baxılacaq, çünki Qırğızıstanın məruzəsi tərcümə olunmaq üçün çox gec təqdim edilib. Həmin məruzəylə yanaşı Danimarkanın məruzəsinə də növbəti sessiyada baxılacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə