Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 140 əlilin evində monitorinq keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layihəsini nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Mərkəzində, HƏEK-nın rayon şöbələrində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində qarşılıqlı əməkdaşlıq şəraitində monitorinq apararaq aztəminatlı ailələrin pensiya və sosial problemlərin həllinə yaxından köməklik göstərir.
Fonddan SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin rayon şöbələrində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində "Ünvanlı dövlət sosial yardımı haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunlarının aidiyyəti orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllində şəffaflığın təmin olunması üçün ictimai nəzarəti gücləndirməkdir.
Layihənin icrası ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Fondunun binasında Səbail və Bakının 11 rayonunda məskunlaşmış məcburi köçkünü ən çox olan Şuşa rayon ƏSMM-nin əməkdaşlarının birgə iştirakı ilə keçirilən monitorinqlərin nəticələrin müzakirəsi ilə bağlı iclas keçirilib.
Layihənin direktoru, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc, Səbail və Şuşa rayon ƏSMM-nin əməkdaşlarının birgə iştirakı ilə keçirilən monitorinqlərin nəticələri ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib.
Sərraf Oruc bildirib ki, Qaradağ, Səbail, Sabunçu və Şirvan, Hacıqabul Xaçmaz Yardımlı, Şuşa rayonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika TSE Mərkəzinin rayon (şəhər) TSEK-nın və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində monitorinq və maarifləndirmə işləri davam edir. Artıq Səbail və Qaradağ, Hacıqabul, və Binəqədi rayonlarında monitorinqlər başa çatıb. Qaradağ rayonlarından fərqli olaraq Şirvan şəhərində və Səbail rayonunda və Bakının 11 rayonunda məskunlaşmış məcburi köçkünlərin Şuşa rayon ƏSMM-nində layihənin həyata keçməsində adı çəkilən rayon və şəhərlərin ƏSMM-nin əməkdaşları hər cür şərait yaradaraq yaxından köməklik ediblər.
Biz Səbail rayon ƏSMM-nin Ünvanlı Dövlət Sosial yardım sektorunun müdiri Valeh Novruzov, Ünvanlı Dövlət Sosial yardım sektorunun baş məsləhətçiləri Fariz Muradov, Anar Səmədov, Şəbnəm Məmmədov və Sosial müavinətlər üzrə baş məsləhətçi İlham Əliyevin iştirakı ilə 367 ailədən 140 nəfərinin ünvanında birbaşa monitorinq keçirərək onların vəziyyəti və ünvanlı sosial yardımların verilməsi ilə maraqlanmışıq.
Səbail rayon ƏSMM-nin mühasibat sektorunun müdiri Barat Allahverdiyev çıxış edərək Səbail rayon ərazisində Ünvanlı Sosial Yardım alan ailələrə orta hesabla hər bir ailəyə 111 manat, hər bir ailə üzvünə isə 27,23 manat sosial yardım təyin edildiyini bildirib
Şuşa rayon ƏSMM-nin əməkdaşlarının birgə iştirakı ilə keçirilən monitorinqlərin nəticələri haqqında bildirdi ki, 01 iyul 2011-ci il tarixinə olan məlumata əsasən Şuşa rayon ƏSMM-ində 232 ailənin (980 ailə üzvü) ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sənədləri hərəkətdədir.
Fond rəsmiləri təşkilata monitorinqlərin keçirilməsində şərait yaratdıqları, yaxından köməklik göstərdikləri üçün Səbail rayon ƏSMM-nin direktoru Rəna Əliyevaya, Şuşa rayon ƏSMM-nin direktoru Arif Abbasova və Şirvan şəhər ƏSMM-nin direktoru Ənifə İsmayılova minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB