KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu inzibati binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət edəcək

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu inzibati binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət edəcək

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna inzibati binanın tikintisi üçün yer ayrılması ilə bağlı müraciət etməyi düşünürük". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə açıqlamasında bildirib.

V. Səfərli vurğulayıb ki, hazırda fond icarəyə götürülən binada fəaliyyət göstərir: "Fond yeni təsis olunanda bir neçə yer təklif olunmuşdu. Lakin həmin yerlər bizi qane etmədiyinə görə, imtina etməyə qərar verdik".

V. Səfərli 22 İyul - Milli Mətbuat Günü ilə bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bayram tədbiri hazırladığını da qeyd edib: "Gələn həftə bu bayram tədbirinin yeri barədə məlumat veriləcək. Fəaliyyətdə olan bütün jurnalistlər bu tədbirə dəvətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə