Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları növbəti dəfə beynəlxalq tədbirdə ölkəmizi və təşkilatımızı təmsil etmək üçün Gürcüstana yola düşüblər. SİA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyasının, Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dillər, Qərb Universitetlərini təmsil edən 11 tələbə 12-21 iyul 2011-ci il tarixləri arasında Gürcüstanın Anakliya şəhərində yerləşən "Patriot" gənclik düşərgəsində "Sağlam həyat tərzi" adlı beynəlxalq yay düşərgəsində iştirak edəcəklər.
Qeyd edək ki, 2010-cu ildə açılan "Patriot" yay düşərgəsində artıq 4-cü dəfədir ki, gənclərlə bağlı tədbir keçirilir. 10 gün davam edəcək yay düşərgəsində Azərbaycanla yanaşı 10-a yaxın ölkədən 260-dan çox gənc iştirak edəcək.
Düşərgə müddətində gənclər müxtəlif idman yarışlarında iştirak edəcək, sağlam həyat tərzi ilə bağlı təlimlərdə qatılacaq, təmsil etdikləri ölkələrdə bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbir və layihələr haqqında fikir mübadiləsi aparacaqlar.
Məlumat üçün bildiririk ki, "Sağlam həyat tərzi" yay düşərgəsinə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və ölkənin 1-ci xanımının gəlişi də gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB