Sədaqət Vəliyeva seçiciləri ilə növbəti görüşünü keçirib-FOTOSESSİYA

Sədaqət Vəliyeva seçiciləri ilə növbəti görüşünü keçirib-FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva növbəti dəfə seçiciləri ilə görüşüb. SİA-nın məlumatına görə, Nizami rayon seçiciləri ilə görüşü özü üçün mənəvi borc bilən S.Vəliyeva bu görüşlərdə ona olunan bütün müraciətlərin lazımi səviyyədə həll olunması üçün əlindən gələni etdiyini hər kəs bilir. Çünki S.Vəliyeva hələ parlamentə üzv seçilməmişdən öncə də YAP Nizami rayon təşkilatının qərargahında rayon ictimaiyyətinin bütün nümayəndələri ilə müxtəlif görüşlər təyin edib, onların arzu və istəklərini dinləyib, zəruri addımlar atıb. S.Vəliyevanın bugünkü görüşü də seçicilərlə ünsiyyətə, onların istək və arzularının həyata keçirilməsinə həsr olunub. SİA-nın məlumatına görə, YAP Nizami rayon təşkilatının qərargahında təşkil olunmuş növbəti görüşdə Nizami rayonundan olan ondan artıq ailənin problemlərinin həlli üçün mühüm addımlar atıldı. Görüşdə həmçinin, ABŞ-dan olan Azərbaycanda Parlament Proqramının rəhbəri Tvistler Şilts, Milli Məclisin Dövlət Qulluğu və Kadrlar şöbəsinin əməkdaşı Elşad İsmayılov və USAİD layihəsinin rəhbəri Aybəniz Məmmədova iştirak edirdi. Nizami rayon seçicilərini fərdi formada qəbul edərək, onların problemlərini dinləyən S.Vəliyeva müvafiq strukturlar qarşısında vətəndaşa bu və ya digər şəkildə köməkliyin göstərilməsinə həmişə çalışdığını bildirdi. Qeyd edək ki, bu gün də öz seçiciləri ilə görüşün ənənəvi xarakter daşıdığını və vətəndaşlar tərəfindən irəli sürülən rəy və təkliflərin də əhəmiyyəti S.Vəliyeva üçün xüsusi önəm kəsb edir. Nizami rayon sakinləri Ağababa Ağayev, Sevil Səfərova, Sadqzadə Aydın, Malik Seyidov, Qənirə Sadıqova və digər vətəndaşlar da YAP təmsilçisi olan millət vəkili Sədaqət Vəliyevanın onlara hər zaman diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli üçün bütün zəruri köməklikləri göstərdiyini söylədilər.

TAPDIQ QURBANLI

Bütün xəbərlər Facebook səhifəmizdə