Gəncənin ən qədim küçəsi yenidən təmir edilir

Gəncənin ən qədim küçəsi yenidən təmir edilir

Gəncənin ən qədim və mərkəzi küçəsi olan Cavad xan küçəsinin yenidən əsaslı şəkildə təmirinə start verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev işlərin gedişatını izləyib.

İcra başçısı layihəyə uyğun olaraq bir sıra göstərişlərini verib. Cavad Xan küçəsinin qaz və su xətləri tamamilə yenidən çəkiləcək. Küçənin keçmiş memarılq üslubunu qorumaqla ətrafında daha müasir tikinti işləri aparılacaq. Yenidənqurma tədbirlərinin təxminən 3 ay davam etməsi nəzərdə tutulur. Yəni ilkin mərhələdə tikintinin oktyabr ayında tamamlanması nəzərdə tutulur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sözlərinə görə, Cavad Xan küçəsinin əsaslı şəkildə yenidən qurulması bu gün həlli vacib məsələlərdən biridir. Cavad xan küçəsi ilə yanaşı Gəncə şəhərinin digər iri prospekt və yaşayış massivlərində də abadlıq işləri sürətləndirilib. Heydər Əliyev meydanı və ulu öndərin adını daşıyan prospektdə yenidənqurma tədbirləri sürətləndirilib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə