Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 2-ci Yay Düşərgəsi başladı
Sosial cəhətdən həssas və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə bu gün Bilgəh qəsəbəsində 2-ci yay düşərgəsi öz işinə başladı.
SİA-nın xəbərinə görə, əsas məqsədi qeyd olunan qrupdan olan uşaqların cəmiyyətimizdəki rolunu artırmaq, onlar üçün keyfiyyətli təhsil xidmətləri təşkil etmək və asudə vaxtlarını səmərəli keçirtmək olan düşərgədə müxtəlif regionlardan olan 30 nəfər iştirak edir.
Yay düşərgəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi, "Ümid" Humanitar və Sosial Dayaq Mərkəzi, "Buta" Humanitar Uşaq Fondu, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi tərəfindən keçirilir.
Hər biri 10 gün olmaqla təşkil olunan düşərgələrdə uşaqlar üçün əyləncəli proqramlarla yanaşı, müxtəlif təlim proqramları, ekskursiyalar, art terapiyalar və s. keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB