İngilis dilini bilməyənlər yol polisi ola bilməyəcəklər

İngilis dilini bilməyənlər yol polisi ola bilməyəcəklər

Yol-patrul xidmətinin əməkdaşlarından ingilis dili bilmək tələb olunacaq. İndidən sonra bu sahədə işləmək istəyənlər dil biliklərindən də imtahan verdikdən sonra işə qəbul olunacaqlar. Yol polisləri xarici vətəndaşlarla da ünsiyyət qurmağı bacarmalıdırlar.

Məlumatı SİA-ya Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev verib: "Hazırda Yol Polisi əməkdaşlarına ehtiyac var. Vakant yerlərə işə qəbulla bağlı sənəd qəbulu elan olunur. İngilis dilini bilən, boyu 175 sm hündür, 20-30 yaş arası fiziki sağlam və müvafiq təhsili olan gənclər öz namizədliklərini irəli sürə bilərlər. Sənəd qəbulu bu ayın sonuna kimi davam edəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə