Rusiya və ABŞ prezidentləri Qarabağı müzakirə ediblər

Rusiya və ABŞ prezidentləri Qarabağı müzakirə ediblər
Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama arasında telefon danışığı olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri kimi Barak Obama və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.


Eyni zamanda Obama Medvedevin bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirib. Həm Rusiya, həm də ABŞ tərəfi Bakı və İrəvan arasında problemin sülh yolu ilə həlli yollarının axtarışlarına yardım məqsədilə gələcəkdə də əlaqələndirilmiş addımların atılmasına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com