Türkiyədə dəniz ambulansı azərbaycanlı uşağı 15 dəqiqəyə xilas edib

Türkiyədə dəniz ambulansı azərbaycanlı uşağı 15 dəqiqəyə xilas edib

Türkiyədə istirahət edən azərbaycanlı ailə arzuolunmaz vəziyyətlə üzləşib. SİA-nın məlumatına görə, dəniz ambulansı Bodrum şəhərində azərbaycanlı ailənin 1 yaşlı uşağını xilas edib. Bodrumda dəniz gəzintisində olan ailənin 1 yaşlı uşağı Şahinin qəflətən hərarətinin yüksəlməsi valideynlərini qorxuya salıb. Gəmi kapitanının çağırışı ilə əraziyə gələn dəniz ambulansı Şahini xəstaxanaya aparıb. Çağırışa operativ reaksiya verən dəniz ambulansı uşağı cəmi 15 dəqiqəyə Bodrum Dövlət Xəstəxanasına çatdırıb.

Həkimlər müdaxilədən sonra uşağın vəziyyətinin sabitləşdiyini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə