İyulun 10-da "İRƏLİ" Gənclik mərkəzinin Şuşa zalında "Ölməyən ümidlər" layihəsinin bağlanış mərasimi keçirilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, mərasimdə "GƏMİ" təşkilatının sədri Sərdar Yusifoğlu, "UAFA" təşkilatının nəzdində fəaliyyət göstərən valideyn birliyinin sədri Nərgiz Ağazadə, Tibb Universitetinin sinir xəstəlikləri və tibbi genetika kafedrasının assistenti Nuran Əmənullayev, Azərbaycan Psixoloqlar Asossiasiyasının psixoloqu Tünzalə Verdiyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aysel Əmirova, İctimai Televiziyanın Esculap verilişinin koordinatoru Nigar Qasımzadə, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Fariz Xəlilli, "MyMed Medical" MMC-nin texniki servis müdiri Fuad Abdullayev, "Zaminbank" ASC-nin nümayəndəsi Əbülfət Hacızadə, "İRƏLİ" İctimai Birliyinin fəalları, sərgidə əl işləri nümayiş olunan uşaqlar və onların valideynləri iştirak ediblər. Qonaqlar xeyriyyə tədbirinin təşkilatçılarını alqışlamış, bu tip tədbirlərin tez-tez keçirilməsini tədqirə layiq olduğunu, gələcəkdə "İRƏLİ" İctimai Birliyi ilə ortaq layihələr həyata keçirmək istədiklərini söyləyiblər. Qonaqlar, həmçinin sərgidə əl işləri nümayiş olunan uşaqlara öz fəaliyyət göstərdikləri qurumlarda xüsusi imtiyazlar nəzərdə tutulduğunu da qeyd ediblər.
Tədbirin sonunda təşkilatçılarla çox yaxın zamanda layihənin davamı olaraq II satış sərgisinin keçiriləcəyinə dair razılıq əldə olunub.
Qeyd edək ki,28 iyun-8 iyul tarixləri arasında Hyatt Regency otelinin Kişmiş zalında, BP Villada və Sanqaçal terminalında təşkil olunmuş satış sərgisində 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağın 520 işi satışa qoyulub. Əldə olunan məbləğ uşaqların özlərinə çatdırılıb. Əlavə olaraq yığılan məbləğ isə3 uşağın müalicə və əməliyyat olunmasına sərf olunacaq.
Onu da qeyd edək ki, layihənin sponsorları Airmed tibb Ltd , BP Azərbaycan və Hyatt otellər şəbəkəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB